ABŞ səfiri ilk müraciətini azərbaycanca etdi VİDEO
Mark Libbi Azərbaycanı daha yaxından tanımaq üçün təklif gözləyir
"ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub".
Bunu ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi videmüraciətində deyib.
"Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq, Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik", amerikalı diplomat qeyd edib.
Səfir bildirib ki, o, Bakıda qısa müddət olmasına baxmayaraq şəhəri gəzmək imkanı əldə edib, Azərbaycan mətbəxinin təamlarını dadıb.