ABŞ Senatı bu il Ukraynaya pul ayrılmasına icazə vermədi
Bu barədə Senatın Demokratların lideri Çak Şumer və Respublikaçıların lideri Mitç Makkonnel birgə bəyanatla çıxış ediblər

İndi rəsmidir: Birləşmiş Ştatlar bu il Ukraynaya pul ayrılmasına icazə verməyəcək.
Bu barədə Senatın Demokratlar Partiyasının lideri Çak Şumer və Respublikaçıların lideri Mitç Makkonnel birgə bəyanatla çıxış ediblər.
Ukraynaya yardım paketi ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Reuters yazır ki, müzakirə yanvarda qayıdacaq.