XƏBƏRLƏR / İctimaiyyət

Abşeronda narkotik vasitə satan şəxs tutuldu

Bu barədə DİN-nin mətbuat xidməti məlumat verib

Abşeronda narkotik vasitə satan şəxs tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron Rayon Polis İdarəsinin (RPİ) Saray Polis Bölməsinin (PB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Arzuman Məmmədov saxlanılıb.

    Onun üzərində və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin aşkar edilib. A.Məmmədov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

    Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

    Araşdırmalar davam etdirilir.