ABŞ-da bankın içərisində girov götürülənlər azad edilib
Bomba təhlükəsi yaradan şəxs polisə təslim olub FOTO
16:15
Kaliforniyanın Beykersfild şəhər mərkəzindəki Chase Bank-da baş verən girov böhranı uğurla həll edilib: bomba təhlükəsi yaradan şəxs polisə təslim olub və girov saxlanılan bütün şəxslər azad edilib.
***
15:45
Kaliforniyanın Beykersfild şəhər mərkəzindəki "Chase" bankının içərisində bir kişi barikada quraraq insanları girov götürüb.

Kişinin partlayıcı qurğu daşıdığı güman edilir. Ətrafdakı bütün binalar təxliyə edilib. Təhlükəsizlik qüvvələri, istehkamçılar, polis və FTB hadisə yerindədir.
Təhlükəsizlik rəsmiləri telefon danışıqları vasitəsilə iki girovun azad edilməsini təmin edə biliblər və danışıqlar davam edir.

Polis yolların bağlı olduğunu və bağlı qalacağını bildirərək insanları şəhər mərkəzindən uzaq durmağa çağırır.
1 dəqiqədən az