XƏBƏRLƏR / Siyasət

ABŞ-ın Aİ-yə qarşı tənqidi qismən ədalətlidir

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə Dohada keçirilən beynəlxalq forumda deyib

ABŞ-ın Aİ-yə qarşı tənqidi qismən ədalətlidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını Avropaya münasibətdə qismən ədalətli adlandırıb.

    O, bu barədə Dohada keçirilən beynəlxalq forumda deyib.

    "Tənqid çoxdur, amma mən düşünürəm ki, bu, qismən ədalətlidir. Əgər Avropaya baxsaq, o, Rusiya ilə qarşıdurmada öz gücünü lazımınca qiymətləndirmir", - K.Kallas bildirib.

    O həmçinin vurğulayıb ki, ABŞ hələ də Avropa İttifaqının əsas müttəfiqi olaraq qalır:

    "Mən düşünürəm ki, biz müxtəlif məsələlərdə həmişə eyni mövqedə olmamışıq, lakin mənim fikrimcə, ümumi prinsip dəyişməz olaraq qalır. Biz əsas müttəfiqlərik və birlikdə olmalıyıq".

    Qeyd edək ki, Ağ Evin saytında dərc edilən ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Avropa "özünə inamsız" kimi qələmə verilib.