XƏBƏRLƏR / Münaqişə

ABŞ-ın Bakıdakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib

Xəbərdarlıq İranda yaranan gərgin vəziyyətlə əlaqədardır

ABŞ-ın Bakıdakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Bakıdakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, onlar İranı Azərbaycan vasitəsilə tərk edə bilməyəcəklər.


    "ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsizdirsə, quru yolu ilə Türkiyəyə və ya Ermənistana səyahət etməyi düşünün. İranı Azərbaycan vasitəsilə təcili tərk etməli olan ABŞ vətəndaşları bilməlidirlər ki, gərginliyin artdığı dövrlərdə, o cümlədən 2025-ci ilin iyun ayında İranla İsrail arasında baş verən münaqişə zamanı ABŞ vətəndaşlarının İrandan Azərbaycana girişi məhdudlaşdırılıb. Buna görə də ABŞ vətəndaşlarına İrandan alternativ yolları nəzərdən keçirmələri tövsiyə olunur."