XƏBƏRLƏR / Münaqişə

ABŞ İrana qarşı “İqtisadi təcrid” əməliyyatına başlayır

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib

ABŞ İrana qarşı “İqtisadi təcrid” əməliyyatına başlayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ İran hakimiyyətinin bütün gəlir mənbələrini bloklamaq məqsədilə yeni sanksiyalar tətbiq etməyə başlayıb.

    Bu barədə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

    Onun sözlərinə görə, “İqtisadi təcrid” adlandırılan əməliyyat İranın İnqilab Keşikçiləri Korpusunu maliyyələşdirən gəlir kanallarını bağlamağı hədəfləyir.

    Bessent həmçinin xəbərdarlıq edib ki, İrana maliyyə və ticarət əməliyyatlarında yardım edən üçüncü ölkələr də ABŞ sanksiyalarının hədəfinə çevrilə bilər.