XƏBƏRLƏR / Yaddaş

ABŞ konqresmenləri Qara yanvarla bağlı bəyanat yayıblar

Bəyanat 20 Yanvar faciəsinin 35 ildönümü münasibətilə yayılıb

ABŞ konqresmenləri Qara yanvarla bağlı bəyanat yayıblar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, Nümayəndələr Palatasında Tennessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Koen və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar faciəsinin 35 ildönümü münasibətilə bəyanat yayıblar. 

    Bəyanatda qeyd olunur ki, 20 Yanvar Azərbaycan tarixinin ən faciəli hadisələrindən biridir. Stiv Koen və Robert Aderholt vurğulayıblar ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi və dinc əhalinin atəşə tutulması nəticəsində 150-yə yaxın insan həlak olub, 800-ə yaxın insan yaralanıb.

    Stiv Koen və Robert Aderholt bildirmişlər ki, buna baxmayaraq, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər bundan vaz keçməmiş və dinc etiraz aksiyalarını davam etdirmişdir.

    Konqresmenlər həmin dəhşətli faciə günü həlak olanların xatirəsini ehtiramla yad edib, onların ailələrinə başsağlığı veriblər, həmçinin əlavə ediblər ki, ABŞ Azərbaycan xalqını, onun azadlıq və müstəqillik hüququnu dəstəkləməkdə davam edir.