XƏBƏRLƏR / İctimaiyyət

ABŞ Moskvada terror aktı haqda xəbərdarlıq edib

Moskvadakı ABŞ səfirliyi 48 saat ərzində terror aktlarının ola biləcəyini yazıb

ABŞ Moskvada terror aktı haqda xəbərdarlıq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ səfirliyi yaxın iki gündə (48 saat) Moskvada terror aktlarının ola biləcəyini bildirib. Bununla bağlı səfirlik ABŞ vətəndaşlarına müraciət edib.

    Müraciətdə deyilir:

    "Səfirlik ekstremistlərin Moskvada konsertlər daxil olmaqla böyük yığıncaqları hədəfə almaq  üçün qaçılmaz planlarının olduğu barədə hesabatları izləyir və ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələri tövsiyə edir.

    Görüləcək tədbirlər:

    İzdihamdan çəkinin.
    Yerli medianı izləyin.
    Ətrafınızdan xəbərdar olun."

    Qeyd edək ki, oxşar xəbərdarlıq Britaniya Xarici İşlər Nazirliyi tərəfindən də edilib.