ABŞ-ın müdafiə naziri gözlənilmədən Kiyevə gəlib
Lloyd Ostin Prezident Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək
ABŞ-ın müdafiə naziri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Ehtimal olunur ki, Pentaqon rəhbəri qismində sonuncu dəfə Ukraynaya gələn L.Ostin Prezident Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək.
Onlar Ukrayna ordusunun növbəti il üçün silah-sursat ehtiyacı və dəstəyin davam etdirilməsini müzakirə edəcəklər.
Eyni zamanda ABŞ ilə Ukrayna arasındakı münasibətlər də tərəflərin diqqət mərkəzində olacaq.