ABŞ Qəzzaya qoşun göndərilməsi haqda Azərbaycanla danışır
Bunu ABŞ-ın BMT-dəki səfiri Mayk Valts Nyu-Yorkda keçirilən "İsrail Hayom" konfransında bildirib
ABŞ Qəzza zolağına qoşunların yerləşdirilməsi ilə bağlı Azərbaycan və digər ölkələrlə danışıqları davam etdirir.
ABŞ Azərbaycan, İndoneziya və Qəzza zolağındakı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə (ISF) əhəmiyyətli qoşun kontingenti töhfə vermək istəyən digər ölkələrlə "çox yaxşı" danışıqlar aparır. ABŞ-ın BMT-dəki səfiri Mayk Valts bunu Nyu-Yorkda keçirilən "İsrail Hayom" konfransında bildirib.
O, qeyd olunan ölkələrin qoşunların yerləşdirilməsi üçün BMT-nin dəstəyinə ehtiyac duyduğunu bir daha vurğulayıb.
Beləliklə, ABŞ-ın BMT-dəki səfiri "İsrail Hayom"un Azərbaycanın Qəzza zolağına qoşun göndərməkdən imtina etməsi barədə məlumatlarını təkzib edib.
1 dəqiqədən az