XƏBƏRLƏR / Hərbi

ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə edilmir

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib

ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə edilmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerika qoşunlarının İraqdan çıxarılması müzakirə edilmir.

    Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

    “Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız şeyə keçidi müzakirə etməyə davam edirik”, - Patel qeyd edib.