XƏBƏRLƏR / Siyasət

ABŞ Suriyaya qarşı sanksiyaları 180 günlük dayandırır

Bunu ABŞ dövlət katibi Rubio bildirib

ABŞ Suriyaya qarşı sanksiyaları 180 günlük dayandırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Suriyaya qarşı sanksiyaları 180 gün müddətinə dayandıracaq.

    ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tramp administrasiyası Sezar qanununun Suriyaya qarşı sanksiyaları dayandırmağa imkan verən müddəalarından istifadə etmək niyyətindədir. "Bu istisnalar hər 180 gündən bir yenilənməlidir. İdeal olaraq, kifayət qədər irəliləyiş əldə etsək, qanunun tamamilə ləğv edilməsini istərdik. "Sanksiyalar altı ay ərzində geri qayıda bilsə, heç kimin ölkəyə sərmayə qoymasını gözləmək çətindir", - Rubio qeyd edib.

    "Reuters" agentliyinin məlumatına görə, qanunun ləğvi üçün Konqresin ayrıca qərar verməsi tələb olunur. Bununla belə, milli təhlükəsizliklə bağlı əsaslar olduqda mövcud qanunvericilik prezident tərəfindən sanksiyaların dayandırılması imkanını nəzərdə tutur. Dövlət başçısı müəyyən və ya bütün məhdudiyyətləri müvəqqəti olaraq aradan qaldıraraq ümumi lisenziya da verə bilər.