XƏBƏRLƏR / Münaqişə

ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdılar

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib

ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan Financial Times qəzetinə verdiyi açıqlamada ABŞ və İranın nüvə sazişi ilə bağlı güzəştə getməyə hazır olduqlarını və Vaşinqtonun Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması tələbindən imtina edə biləcəyini bildirib.

    "Müsbət cəhət odur ki, amerikalılar İranda uranın zənginləşdirilməsinə aydın şəkildə müəyyən edilmiş limitlər daxilində icazə verməyə hazırdırlar. İranlılar indi amerikalılarla razılığa gəlməli olduqlarını anlayırlar və amerikalılar iranlıların öz limitlərinin olduğunu başa düşürlər", - deyə Türkiyənin xarici işlər naziri bildirib.

    Hakan Fidan əlavə edib ki, ABŞ-ın danışıqlarda İrana qarşı maksimalist tələbləri Yaxın Şərqdə yeni bir müharibəyə səbəb ola bilər.