XƏBƏRLƏR / Münaqişə

ABŞ vətəndaşları dərhal İranı tərk etməlidir!

ABŞ hakimiyyəti bu barədə bəyanat yayıb

ABŞ vətəndaşları dərhal İranı tərk etməlidir!
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ hakimiyyəti ölkə vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb və hökumətin köməyinə güvənmədən müstəqil çıxış planı hazırlamağı tövsiyə edib.

    ABŞ rəsmilərinin açıqlamasına görə, vətəndaşlar sadəcə ABŞ pasportuna sahib olduqları üçün saxlanıla bilərlər. Səfirlik həmçinin internet kəsintiləri və uçuşların ləğvi ilə bağlı xəbərdarlıq edib.
    Bəyanatda deyilir: "Əgər çıxa bilmirsinizsə, evinizin içərisində və ya başqa bir təhlükəsiz binada təhlükəsiz yer axtarın. Ərzaq, su, dərman və digər zəruri əşyalar ehtiyatı əldə edin. Nümayişlərdən çəkinin, diqqətinizi yayındırmayın və ətrafınızdakı vəziyyətə diqqət yetirin".

    ABŞ hakimiyyəti mümkün çıxış yolları kimi Ermənistan və ya Türkiyə üzərindən quru yolları təklif edib.