XƏBƏRLƏR / Hərbi

ABŞ yavaş-yavaş qoşunlarını Suriyadan çıxarır

Bu barədə Qətərin "Al Araby al Jadeed" qəzeti məlumatlı mənbələrə istinadən yazır

ABŞ yavaş-yavaş qoşunlarını Suriyadan çıxarır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ qoşunlarının Suriyadan çıxarılması xəbərləri fonunda: ABŞ Koniko hərbi bazasını tərk edəcək/

    Bir neçə gün əvvəl ABŞ Suriyanın Deyr əz-Zor əyalətinin şimal-şərqindəki Koniko hərbi bazasından öz qüvvələrini çıxarmağa başlayıb. Bu barədə Qətər qəzeti məlumatlı mənbələrə istinadən yazır. Qeyd olunur ki, aprelin 13-də adıçəkilən bazanı 200-dən çox texnika, o cümlədən ağır texnika və tankerlər tərk edib.

    Eyni zamanda, Reuters iki amerikalı rəsmiyə istinadən xəbər verib ki, ABŞ Suriyadakı qoşunlarının sayını 50% azaldacaq.

    Qeyd olunur ki, hazırda ölkədə bir neçə bazada 2000 hərbi qulluqçu yerləşdirilib, onların sayının 1000-ə endirilməsi planlaşdırılır.