XƏBƏRLƏR / Hadisə

Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb

Ölən var

Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

    Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Hari Prakaşın üzərinə beton hasar aşıb.

    Hari Prakaş xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.