Abu Dabidə IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisi keçirilir
Sərgidə “Azərsilah Müdafiə Sənaye Holdinq” QSC də iştirak edir

Azərbaycan silahları Abu Dabidə keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sərgisində təqdim olunub.
“Azərsilah Müdafiə Sənaye Holdinq” QSC-nin stendində 100-ə yaxın silah növü, o cümlədən atıcı silahlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, yaxın döyüş silahları, artilleriya silahları, optik nişangahlar, pilotsuz uçuş aparatları və s. nümayiş olunur.