Afinada silahlı şəxs üç nəfəri güllələyib
Bu barədə Yunanıstanın “Newsbomb.gr” portalı xəbər verir
Afinanın dənizkənarı Qlifada rayonunda “European Navigation” gəmiçilik şirkətinin ofisinə soxulan silahlı şəxs oradakı insanları karabinlə atəşə tutub.
Yunanıstanın “Newsbomb.gr” portalı xəbər verir ki, cinayətkar üç nəfəri qətlə yetirdikdən sonra intihar edib. “Kathimerini” qəzeti hücum edən şəxsin vaxtilə həmin kompaniyada işləyən misirli olduğunu və bu yaxınlarda işdən çıxarıldığını yazıb.
Hazırda hadisə yerində polis və təcili yardım maşınları cəlb olunub. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.