Qayıdış

Ağdam Cümə məscidində ilk dəfə olaraq qanvermə aksiyası

Bu gün Aşura günüdür

Ağdam Cümə məscidində ilk dəfə olaraq qanvermə aksiyası
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 5-də Aşura günü ilə əlaqədar ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə qanvermə aksiyaları keçirilib.

    Ağdam Cümə məscidində təşkil olunan aksiyada rayon sakinləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlər, tikinti-quruculuq işlərində çalışanlar iştirak ediblər.

    Respublika Qan Bankının Bərdə bölməsinin müdiri Cəsarət Məmmədov bildirib ki, qanvermə aksiyası Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilir. Əvvəlcə donorlar tibbi müayinə olunur, qanda gemoqlabinin səviyyəsi və qan təzyiqi ölçülür. Götürülən qan laboratoriya müayinəsindən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin digər xəstələrin müalicəsində istifadə olunacaq.