XƏBƏRLƏR / Qayıdış

Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb

Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

    Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

    “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1438 (Cild I) ləğv edilib.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.