Sarıcalı kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb.
C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub, ilan zəhəri əleyhinə zərdab vurulub, həyatı üçün təhlükə yoxdur.