XƏBƏRLƏR / Qayıdış

Ağdamda 974,Kəlbəcərdə 121 ev təsərrüfatına internet verilib

Bunu “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib

Ağdamda 974,Kəlbəcərdə 121 ev təsərrüfatına internet verilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağdam rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 974 ev təsərrüfatı və 23 biznes subyektini, Kəlbəcər rayonunda 121 ev təsərrüfatı və 22 biznes subyektini əhatə edib.

    Bunu “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva bildirib.

    Onun sözlərinə görə, fəaliyyətin davamı olaraq Ağdam rayonunun şəhər mərkəzi, Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində və Kəlbəcər rayonunda məskunlaşma olan yaşayış məntəqələri və fəaliyyət göstərən biznes subyektləri telekommunikasiya xidmətləri ilə təmin edilib və sözügedən rayonlarda müasir avadanlıqlar quraşdırılıb.

    "GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqi ilə abunəçilərə (ev təsərrüfat və biznes subyektləri) yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilir", - deyə qurum rəsmisi bildirib.