Ağdamda tikilən hoteldən yeni görüntülər VİDEO

Hotelin inşası sürətlə davam edir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ağdam şəhərindən yeni video yayımlanıb.

    Kadrlarda 2022-ci ildə inşasına başlanan “City Hotel Ağdam” mehmanxanası görünür.

    Bildirilir ki, hotelin inşası sürətlə davam edir.

    Qeyd edək ki, ötən il oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

    130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.