Ağdərə, Xocavənd və Xocalıda tullantı poliqonları yaradılır
Bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev deyib
ntiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilib. Xocavənd rayonu ərazisində 10 , Xocalı rayonunda 20, Ağdərə rayonunda isə sahəsi 10 hektar olan poliqon əraziləri yaradılıb.
Bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.
S.Zeyniyev bildirib ki, məişət tullantılarının toplanması üçün Xankəndi şəhərində 64, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində 23, Xocalı şəhərində 12 konteyner yerləşdirilib.