XƏBƏRLƏR

Ağdərədə bir nəfər minaya düşərək həlak olub

Bu barədə DİN, Baş Prokurorluq və ANAMA Mətbuat Xidməti məlumat yayıb

Ağdərədə bir nəfər minaya düşərək həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdərə rayonunda mina hadisəsi baş verib.

    Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, 2024-cü il 21 may tarixində Ağdərə rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

    1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

    ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.