XƏBƏRLƏR / İctimaiyyət

Ağdərədə mina partlayıb,zərəçəkmişin ayağı amputasiya olunub

Hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb YENİLƏNİB

Ağdərədə mina partlayıb,zərəçəkmişin ayağı amputasiya olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10:25

    Bu gün saat 08:30 radələrində 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verib.

    Bildirilib ki, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

    Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

    ***

    09:21

    Ağdərədə mina hadisəsi baş verib.

    Hadisə Ağdərə rayon Həsənqaya kəndi ərazisində qeydə alınıb. Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.

    Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.