Həsənrizdə 20 ailəyə mənzillərin açarları təqdim olunub
Bu mərhələdə kəndə 20 ailə - 68 nəfər köçürülüb

14:20
İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Bu mərhələdə Həsənriz kəndinə 20 ailə - 68 nəfər köçürülüb. Həsənrizə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib.
Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdərə rayonunun Həsənriz kəndində ümumilikdə 90 ailə - 306 nəfər ailə məskunlaşıb.
***
13:20
Tərtər rayonundan yola salınan növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.
Bu gün Ağdərə rayonunun Həsənriz kəndində 20 ailə olmaqla, 68 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.
***
11:26
Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç yola salınıb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 20 ailə - 68 nəfər köçürülür.