14:22
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər.
Bu mərhələdə Vəngli kəndinə 10 ailə (44 nəfər) qayıdıb.
***
13:29
Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

Bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.
***
12:29
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində dekabrın 27-də Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç yola salınıb.
Ağdam rayonunun Dördyol ərazisindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Bu mərhələdə Vəngli kəndinə 10 ailə - 44 nəfər köçürülür.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 611 nəfər (122 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 985 nəfər (254 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 528 nəfər (135 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 482 nəfər (111 ailə)
Ballıça - 1034 nəfər (232 ailə)
Təzəbinə - 605 nəfər (138 ailə)
Xanyurdu - 421 nəfər (120 ailə)
Şuşakənd - 418 nəfər (110 ailə)
Badara - 200 nəfər (58 ailə)
Seyidbəyli - 217 nəfər (59 ailə)
Daşbulaq - 109 nəfər (26 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 762 nəfər (191 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 308 nəfər (83 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Hadrut - 182 nəfər (46 ailə)
Qırmızı Bazar - 513 nəfər (122 ailə)
Sos - 360 nəfər (85 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 449 nəfər (108 ailə)
Xankəndi
Kərkicahan - 117 nəfər (30 ailə)
Cəmi: 25 451 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.
3 dəqiqə