XƏBƏRLƏR / Kriminal

Ağır Cinayətlər Məhkəməsində cəsus Svetliçnının prosesi

Cinayət işi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb

Ağır Cinayətlər Məhkəməsində cəsus Svetliçnının prosesi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı cinayət işi çərçivəsində həbs edilən İvan Nikolayeviç Svetliçnının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    Azərbaycan vətəndaşı Svetliçnı Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

    İvan Svetliçnı qəsdən casusluqda və xarici kəşfiyyat xidmətlərinin Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə, suverenliyinə və müdafiə qabiliyyətinə qarşı yönəlmiş tapşırıqlarını yerinə yetirməkdə ifadə olunan dövlətə xəyanətdə şübhəli bilinir.

    Növbəti məhkəmə iclasında casusluqda şübhəli bilinən şəxsin əməllərinə aydınlıq gətirəcək ittiham aktı elan olunacaq.

    İş üzrə məhkəmə baxışı fevralın 3-nə təyin edilib.