XƏBƏRLƏR / Təbiət

Ağsu aşırımında torpaq sürüşməsi baş verib

Asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib

Ağsu aşırımında torpaq sürüşməsi baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində torpaq sürüşməsi baş verib.

    Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi baş verib.

    İlkin məlumatlara görə, yolun 147-ci kilometrliyində baş verən torpaq sürüşməsi nəticəsində yolun bir zolağında asfalt qatında dərin çökmə və çatlar əmələ gəlib. Bu səbəbdən, həmin hissədə avtomobillərin hərəkəti mümkün olmayıb.