Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
1 dəqiqədən az