XƏBƏRLƏR / Siyasət

Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-cı iclası keçirilib

Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bugünkü press-relizində deyilir

Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-cı iclası keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-cı iclası keçirilib.

    Mayın 22-də Avropa İttifaqı ilə Azərbaycan arasında Təhlükəsizlik Dialoqunun 6-cı iclası keçirilib. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) bugünkü press-relizində deyilir. Bildirilir ki, nümayəndə heyətlərinə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və EEAS-ın siyasi məsələlər üzrə baş katibi Olof Skuq başçılıq ediblər.

    İştirakçılar Aİ-Azərbaycan ikitərəfli münasibətlərinin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran cari xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər yuxarıda qeyd olunan məsələlər, o cümlədən enerji və nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialı üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər. Aİ İttifaqın enerji təhlükəsizliyi üçün Azərbaycandan etibarlı qaz tədarükünün vacibliyini vurğulayıb.

    Öz növbəsində Azərbaycan tərəfi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində Aİ-nin dəstəyinə görə minnətdarlığını bildirib. Avropa İttifaqı Qarabağda bərpa işlərinə töhfə verə biləcək variantları araşdırmağa hazır olduğunu vurğulayıb. Azərbaycan Avropa Sülh Fondu çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu təsdiqləyib.