Aİ “müşahidəçilər"inin sərhəddə təxribatları davam edir
Bu barədə Dövlət Sərhəd Xidməti görüntü yayıb VİDEO

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"inin aktivliyi səngimir.
Bununla bağlı yeni görüntülər daxil olub.
Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Vətən sərhədlərinin daim keşişində ayıq-sayıq dayanan Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb.