XƏBƏRLƏR / Hərbi

Aİ səfirləri 150 mlrd avroluq silahlanma planını qəbul etdi

Bu məbləği Avropa Komissiyası idarə edəcək

Aİ səfirləri 150 mlrd avroluq silahlanma planını qəbul etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aİ səfirləri Avropa Komissiyasının təklif etdiyi 150 milyard avroluq silahlanma (SAFE) planı ilə bağlı razılığa gəliblər.

    Plan Aİ xarici işlər nazirləri, sonra isə Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. O, icmanın büdcə pullarından və Avropa Komissiyası tərəfindən ümumavropa krediti şəklində toplanan vəsaitdən 150 milyard avroluq ümumi fondun yaradılmasını nəzərdə tutur. Bu pulu Avropa Komissiyası idarə edəcək.

    Beləliklə, Avropa Komissiyası öz səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək. Tarixdə ilk dəfə olaraq, o, eyni vaxtda öz mülahizəsinə uyğun olaraq hərbi sifarişləri paylamaq imkanı əldə edəcək və yerinə yetirildikcə, nəzarəti altında olan hərbi texnika, pilotsuz uçan aparatlar və maddi-texniki təchizat aktivlərini alacaq.