XƏBƏRLƏR / Kriminal

Aktrisa Deniz Çakır narkotik və fahişəliyə görə həbs edilib

"Möhtəşəm Yüzyıl" teleserialının ulduzu 44 günlük Vətən müharibəsi zamanı Ermənistanı dəstəkləmişdi

Aktrisa Deniz Çakır narkotik və fahişəliyə görə həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin "Möhtəşəm Yüzyıl" teleserialının ulduzu Deniz Çakır narkotik və fahişəliklə bağlı qalmaqallı iş üzrə həbs edilib.

    Xatırladaq ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Deniz Çakır realiti-şou ulduzu olan Kim Kardaşyanla həmrəy olaraq Ermənistanı dəstəkləmişdi.

    İstanbul Prokurorluğu istintaq çərçivəsində artıq 35 nəfəri saxlayıb. Yerli medianın məlumatına görə, onların arasında ölkə şou-biznesinin tanınmış simaları da var: Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Pınar Bent, Ceylan Kaya, Işıl İşıq Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Sağar Şocaei, İlknur Şahin, Sevher Şocaei, Burcu Seni Özberk Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu.