XƏBƏRLƏR / Din

Alban-Udi xristian icmasının üzvləri Gəncəsər məbədinə gedib

XIII əsrə aid olan Gəncəsər məbədi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir

Alban-Udi xristian icmasının üzvləri Gəncəsər məbədinə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Alban-Udi xristian dini icmasının üzvlərinin Gəncəsər məbədinə səfərləri başlayıb.

    Alban-Udi xristian dini icmasının üzvlərinin rayonun Vəngli kəndində yerləşən Gəncəsər məbədini ziyarət ediblər.

    XIII əsrə aid olan Gəncəsər məbədi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir. Xaçın çayının sol sahilində yerləşən Gəncəsər monastırı orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Məbədin əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.

    Gəncəsər məbədini ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinləri icra edirlər.