Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıb

Albaniya paytaxtında etirazların yeddinci günündə polislə toqquşmalar baş verib VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Albaniyanın paytaxtı Tiranada etirazçılar şəhər meriyasının binasını yandırıblar.

    Bu barədə yerli kanallar xəbər verib.

    Əsas girişdə baş verən yanğın qısa zamanda binanın içini bürüyərək birinci mərtəbəyə yayılıb. Yüzlərlə etirazçının şəhər meriyasının yaxınlığında toplaşdığı qeyd olunur.

    Tiranada vəziyyət oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbə etirazından sonra gərginləşib. Nümayişçilər və polis arasında toqquşmalar 10 gündən çoxdur, davam edir. Etirazçılar Baş nazir Edi Ramanın istefasını tələb edirlər.

    İğtişaşlardan əvvəl Tiranada Adriatik dənizi sahilindəki Vyosa-Narta təbiət qoruğunda hökumət tərəfindən irəli sürülən kurort inkişafı layihəsi ilə bağlı ardıcıl 130 gün ərzində hökumət əleyhinə mitinqlər keçirilib.