XƏBƏRLƏR / Hərbi

Aleksandr Lentsov Qarabağdakı RSK-nın rəsmi komandanıdır

Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir

Aleksandr Lentsov Qarabağdakı RSK-nın rəsmi komandanıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • RF Silahlı Qüvvələri Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandiri təyin edilib. Bu barədə çərşənbə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində məlumat verilib.

    Xatırladaq ki, bu ərəfədə Ermənistan KİV-i general-polkovnik Aleksandr Lentsovun Rusiya sülhməramlılarının komandiri postunda general-mayor Andrey Volkovu əvəzləyəcəyi barədə məlumat yaymışdı.

    Lentsov Birinci və İkinci Çeçen müharibələrində, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib.