Alman mətbuatının Suriyaya hökumətinə qarşı çirkin təxribatı
"BİLD" dərgisi Almaniyanın XİN rəhbərinin şəklinin Suriya mətbuatında güya senzuraya uğradığını yazıb
"BİLD"in iddialarına baxmayaraq, Suriyanın rəsmi xəbər agentliyi "Sana"nın Almaniyanın xarici işlər naziri Annalena Berbokun senzurasız fotolarını dərc etdiyi ortaya çıxıb.
Belə görünür ki, Fransa və Almaniya xarici işlər nazirlərinin Dəməşqə səfərinin məqsədi Suriyanın yeni hökumətinin Avropa ictimaiyyəti qarşısında nüfuzunu gözdən salmaq olub. Avropalı nazirlərin Dəməşqə səfəri zamanı gülləkeçirməz jiletlər geyinmələri, əl-Culaninin əlini düzgün sıxmamaları, Berbokun görüş zamanı bilərəkdən geyim qaydalarına əməl etməməsi bunun dolayı sübutudur. Müsəlman ölkəsi olan Suriyada yeni hökumətin nümayəndələri ilə görüşə ağ dar şalvarda gəlmək ya siyası, tərbiyəvi və mədəni naşılıq, ya da yeni höküməti Avropa əhalisinə barbar kimi qələmə vermək cəhdidir.