XƏBƏRLƏR / İdman

Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb

27 yaşlı hücumçu "Nürnberq" klubu ilə 1 illik sözləşmə imzalayıb

Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb
Mahir Emreli
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.

    Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    27 yaşlı hücumçu "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

    Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.