XƏBƏRLƏR / Siyasət

Almaniya və Türkiyə prezidentləri Ankarada görüşüb

TRT Haber məlumat yayıb

Almaniya və Türkiyə prezidentləri Ankarada görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniya Prezidenti Frank-Valter Ştaynamyer Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

    Görüş Almaniya Prezidentinin Ankaraya səfəri çərçivəsində baş tutub.

    Bu, Ştaynmayerin Almaniya prezidenti kimi Türkiyəyə ilk səfəridir. Prezidentlər sonuncu dəfə 2023-cü ilin noyabrında Berlində görüşüb.

    Qeyd edək ki, Almaniya dövlət başçısı Ankaradan əvvəl İstanbulda olub, orada görüşlər keçirib.