Alyaskada zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
ABŞ-ın Alyaska ştatında 7,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Sand-Point şəhərindən 97 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.