Amerikalı senator İrəvandan Azərbaycana məsləhət verdi
Rocer Uiker ABŞ senatının nümayəndə heyəti tərkibində Ermənistanda səfərdədir
Amerikalı senator Rocer Uiker İrəvanda:
“Azərbaycana və ATƏT-in digər üzvlərinə məsləhət - Putin və Rusiya Federasiyası ilə ittifaqın nəyə gətirib çıxara biləcəyini düşünün. Bu, mənim Azərbaycandakı həmkarlarıma xəbərdarlıqdır ki, “rus ayısı” yenidən postsovet ölkəsində dominant mövqe tuta bilməsin”.
Xatırladaq ki, senator Rocer Uiker 2021-ci ilin sonunda Rusiyaya qabaqlayıcı nüvə zərbəsi endirməyə çağırmışdı.