XƏBƏRLƏR / Hərbi

ABŞ ermənilərə müharıbə vaxtı məlumatı necə yaymağı öyrədir

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb

ABŞ ermənilərə müharıbə vaxtı məlumatı necə yaymağı öyrədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 1-də Ermənistana ABŞ-dan bir qrup təlimatçı gəlib.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində ölkəyə səfər ediblər.

    Aprelin 1-dən 5-dək ER Müdafiə Nazirliyinin inzibati kompleksinin təlimatçıları Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin və dövlət qurumunun əməkdaşları ilə ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsi məqsədilə təlimlər keçirəcəklər.