XƏBƏRLƏR / Kriminal

Ana 3 günlük körpəsini dənizə ataraq öldürüb

Hadisə Xəzər rayonunda baş verib

Ana 3 günlük körpəsini dənizə ataraq öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

    Hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

    Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

    Meyitin tapılması istiqamətində tədbirlər görülür.

    Araşdırma aparılır.