XƏBƏRLƏR / İctimaiyyət

ANAMA-dan mina hadisələri ilə bağlı çağırış

Müharibə bitsə də, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədiir

ANAMA-dan mina hadisələri ilə bağlı çağırış
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Baş verən mina hadisələri ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

    ANAMA-dan daxil olan məlumatda deyilir:

    "Nərəzə alın ki:

    • Müharibə bitsə də, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.

    • Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.

    • Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!

    • Naməlum və şübhəli əşyalara toxunmayın!

    • Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!

    • Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!

    • Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir.