Qayıdış

ANAMA-nın minatəmizləməyə dair həftəlik hesabatı

Bu günədək ümumi 1420,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

ANAMA-nın minatəmizləməyə dair həftəlik hesabatı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarına dair həftəlik hesabat dərc edib.

    İyunun 17-dən 22-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Cəngilan, Zəngilan və digər ərazilərdə 70 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 1445 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 1420,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.