XƏBƏRLƏR / İdman

Andrey Lunyov "Qarabağ"dan getdi

32 yaşlı qolkiperlə 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsi yenilənməyib

Andrey Lunyov "Qarabağ"dan getdi
Andrey Lunyov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya futbol komandasının qapıçısı Andrey Lunyov "Qarabağ" futbol klubunu tərk edib.

    “Qarabağ” 32 yaşlı qolkiperlə 2023/24 mövsümünün sonunda başa çatan müqaviləni yeniləməyib.

    Daha əvvəl qapıçının agenti Anton Smirnov Lunyovun ötən mövsüm üçün 200 min avro maaş aldığını bildirmişdi. Bu da futbolçunun səviyyəsinə uyğun gəlmıdiyini deyib.

    Müxtəlif məlumatlara görə, Lunyov mövsüm üçün 600 min avro istəyib, bu isə klubu qane etməyib. Tərəflər razılığa gələ bilməyiblər.

    Lunyov Azərbaycan klubuna ötən yay keçib. “Qarabağ”ın tərkibində Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.