XƏBƏRLƏR / Hərbi

Ankarada təlim helikopteri qəzaya uğrayıb, pilot həlak olub

YENİLƏNİB

Ankarada təlim helikopteri qəzaya uğrayıb, pilot həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:23

    Türkiyədə baş verən helikopter qəzasında istefada olan albay, pilot Yasaözden Bakkal həlak olub.

    Bu barədə ədliyyə naziri Akın Gürlek məlumat yayıb.

    Onun sözlərinə görə, qəza nəticəsində Hərbi Hava Qüvvələrinin mayoru Bilgehan Kurtoğlu da yaralanıb.

    Faktla bağlı Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

    ***

    12:13

    Türkiyənin paytaxtı Ankaranın Sincan rayonunun Təməlli qəsəbəsində təlim helikopteri qəzaya uğrayıb.

    Hadisə nəticəsində 2 nəfər yaralanıb.

    Əraziyə çoxsaylı xilasetmə və təcili yardım briqadaları cəlb olunub.

    Qəzanın səbəbi məlum deyil.